Xəbər lenti

ABŞ İsrail müdafiə naziri Yoav Qalantın istefası fonunda İsraildəki durumla bağlı “dərin narahatlığını” bildirib.

“Report” “Axios” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ evin milli təhlükəsizlik şurasının nümayəndəsi məlumat verib.

O qeyd edib ki, Vaşinqton mümkün qədər tez kompromis tapmağı zəruri hesab edir.

Xatırladaq ki, martın 26-da gecə saatlarında Təl-Əviv və Qüdsdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra kütləvi etiraz aksiyaları başlanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 590          Tarix: 27-03-2023, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma