Türkiyədə 15 iyul dövlət çevrilişində iştirak etdiyi iddia edilərək işdən qovulan keçmiş Hava Qüvvələri generalı Akın Öztürkün çevrilişdən bir gün sonra baş qərargahdakı təhlükəsizlik kameralarına düşən görüntüləri ortaya çıxıb.
Publika.az xəbər verir ki, general 15 iyulda dəvət aldığı toya getməkdən vaz keçib və Ankarada yaşayan qızının yanına gəlib. Oradan da başçılıq etdiyi komandirlik binasına gedib.
A.Öztürk çevrilişdə iştirak etmək iddiası ilə həbs olunmazdan bir gün əvvəl - 17 iyul tarixində hesabındakı 86 501 dolları həyat yoldaşının adına keçirib.
Öztürk ailəsinin Karahisarda 11 000 hektarlıq torpaq sahəsi, 4 mərtəbəli yaşayış binası, İstanbulda yaşayış binası, Ankarada 3 mərtəbəli mənzil və onun böyük həyəti, İzmirin müxtəlif bölgələrində torpaq sahələri olduğu aşkarlanıb.
Paylaş: