İsrail gələn həftənin sonunda Dohada keçiriləcək növbəti görüş ərəfəsində girovlarla bağlı danışıqlarda qalan boşluqları aradan qaldırmağa çalışmaq üçün bazar günü Qahirəyə daha bir nümayəndə heyəti göndərəcək.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Ən böyük iki çətinlik Misir və Qəzza arasında Filadelfiya dəhlizi boyunca İsrail qoşunlarının mövcudluğunu saxlamaq və silahlı fələstinlilərin anklavın şimal hissəsinə köçürülməsinə mane olmaqdır.
Keçən ay Baş nazir Benyamin Netanyahu iki əsas yeni tələb irəli sürəmüşdü.
O, İsrail müdafiə qüvvələrinin Filadelfiya dəhlizində qalmasına icazə verilməsini və Həmas-ın Qəzzanın şimalında yenidən qurulmasının qarşısını almaq üçün mexanizmin işə salınmasını təkid edib.
Sonuncu tələbə görə, ABŞ yeni mexanizmlə razılaşmayacağını açıqlayıb. Çünki onun həyata keçirilməsi üçün həftələr lazım olacağından ehtiyatlanır.
Paylaş: