İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması təhlükə altındadır.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, son saziş layihəsi həm HƏMAS-ın, həm də İsrailin tələblərini nəzərə aldığı üçün ən münasibi hesab olunur.
"Bununla belə, Fələstin hərəkatının hazırkı şərtlərlə razılaşmanı qəbul etməyəcəyinə dair açıq bəyanatları təşəbbüsün iflasa uğrayacağını deməyə əsas verir", - mənbə qeyd edir.
Mənbə iddia edir ki, əgər tərəflər bu həftə Qahirədə razılığa gələ bilməsələr, onların atəşkəs əldə etmək imkanları tükənə bilər. Bu isə öz növbəsində, İsrailin İran və Livanın "Hizbullah" partiyası ilə münasibətlərinin birbaşa hərbi münaqişəyə qədər kəskinləşməsinə səbəb ola bilər.
Paylaş: