Xəbər lenti

Almaniyadakı NATO aviasiya bazasında təhlükəsizlik səviyyəsi artırılıb.

Oxu.Az-ın İHA-ya istinadən xəbərinə görə, bu barədə bazadan açıqlama verilib.

"Potensial təhlükənin olduğunu göstərən kəşfiyyat məlumatlarına əsaslanaraq, təhlükəsizlik səviyyəsini artırdıq. Kritik işlərdə çalışmayan bütün personal ehtiyat tədbiri olaraq evlərinə göndərilib. İşçilərimizin təhlükəsizliyi ən əsas prioritetimizdir. Əməliyyatlar planlaşdırıldığı kimi davam edir", - deyə açıqlamada bildirilib.

NATO aviasiya bazasının sözçüsü qeyd edib ki, NATO bölmələrinə qarşı terror hücumunun baş verməsi ehtimalının olduqca yüksək olduğunu göstərən kəşfiyyat məlumatları əldə edilib və

4 səviyyəli olan həyəcan vəziyyəti "Charlie" adlı 2-ci səviyyəyə yüksəldilib.

Xatırladaq ki, ötən həftə Kölndəki hərbi bazanın mümkün təxribat səbəbindən müvəqqəti bağlanmasından sonra NATO-nun AWACS müşahidə təyyarələrinin yerləşdiyi bazada təhlükəsizlik səviyyəsi ikinci dəfə yüksəldilib.




Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: 23-08-2024, 15:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma