Xəbər lenti

Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli qüvvə sərf etmədən hədəfli hücumlar həyata keçirə biləcəyi bir çox sahələr var.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

Svitan qeyd edib ki, Krım Ukrayna üçün mühüm hədəflərdən biri olaraq qalır, çünki ruslar üçün yarımadanın müdafiəsi çox çətindir:

"Armyanska yaxınlaşsanız, sağ cinahda Qara dənizlə, solda isə cəbhə xəttini əhatə edərək, Krıma gedə və oradakı rus hərbi obyektlərini məhv edə bilərsiniz. Bu, irimiqyaslı hücum deyil, Rusiya ordusu üçün ciddi nəticələrə səbəb ola biləcək strateji səviyyəli əks-hücumdur".

O əlavə edib ki, ruslara Donbas və orada quru dəhliz Krıma görə lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 3 102          Tarix: 24-08-2024, 10:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma