Xəbər lenti

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, heç vaxt orduya ölkəsindən kənarda döyüşmək əmri verməyəcək.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Ölkəmizdən kənara çıxmaqla bağlı heç bir əmr olmayıb və olmayacaq. Biz yalnız ölkəmizə qarşı bəd niyyətlə yanaşacaqları halda döyüşəcəyik. Bu qədər!" - Belarus lideri qeyd edib.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Minski qoşun və texnikanı sərhəddən uzaqlaşdırmağa çağırıb. Rəsmi Kiyev hesab edir ki, Belarus Silahlı Qüvvələri təlimlər adı altında Qomel vilayətinə artilleriya, hava hücumundan müdafiə sistemləri və çox sayda raket buraxılış sistemləri gətirib.




Ana səhifəyə qayıt        Baxış: 3 096          Tarix: 29-08-2024, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma