Xəbər lenti

KXDR ilk dəfə olaraq nüvə bombaları üçün uran zənginləşdirmə zavodunu nümayiş etdirib. Belə ki, Şimali Koreya lideri Kim Çen In nüvə silahları institutuna və atom silahları üçün nüvə materialları istehsal edilən bazaya baş çəkib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.

Bildirilir ki, səfəri zamanı Kim Çen In nüvə yanacağı üçün sentrifuqaların sayının artırılmasını əmr edib.

Onun sözlərinə görə, son vaxtlar ABŞ imperialistləri və onların peyklərinin nüvə təhdidləri daha açıq olur və təhlükəli hədləri aşır.

Dövlət başçısı nüvə təhdidlərinə cavab vermək zərurətinə əmin olduğunu bildirib.

Qeyd edək ki, müəssisənin dəqiq harada yerləşdiyi açıqlanmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 763          Tarix: 13-09-2024, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma