Xəbər lenti

"Moskva və Vaşinqton Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsinin bərpasını müzakirə edirlər".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.

"Səfirliyimiz və Xarici İşlər Nazirliyi xeyli sayda mühüm məsələlər, o cümlədən rusiyalılar üçün praktiki məsələlər üzərində işləyirlər. Faktiki olaraq, birbaşa hava əlaqəsinin bərpası istiqamətində aktiv iş gedir. Bu məsələdə irəliləyişə ümid edirik", - deyə o vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 046          Tarix: 4-04-2025, 09:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma