Xəbər lenti

ABŞ-də Respublikaçılar Partiyasının əksər tərəfdarı Ukrayna hökumətinin maliyyələşdirilməsinə qarşı çıxıb.

Oxu.Az-ın xəbərinə görə, bunu "The Wall Street Journal"ın sorğusunun nəticələri sübut edir.

Materialdan aydın olur ki, demokratların 83%-i ABŞ-nin Ukraynaya maliyyə yardımının davam etdirilməsini dəstəkləyib, özlərini respublikaçıların tərəfdarı kimi identifikasiya edən respondentlərin 79%-i isə buna qarşı çıxıb.

Sorğu, həmçinin göstərib ki, ABŞ-nin Ukraynaya dəstəyi daxili siyasi mübahisə predmetinə çevrilir və ölkənin Çini nəzarət altına almaq prioritetini əks etdirir.

Tədqiqat martın 27-dən aprelin 1-dək aparılıb və qeydiyyatdan keçmiş 1500 seçici sorğuda iştirak edib. Seçicilər telefon, onlayn və ya SMS vasitəsilə sualları cavablandırıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 871          Tarix: 7-04-2025, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma