
***
Ən dəhşətli , ən qorxunc gecə idi o gecə ,
Qaniçən yağı düşmən amansız imiş necə !
Dünyəvi qanunları kimsə almadı vecə ,
Gülləbaran etdilər " Türkəm " deyən hər kəsi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Həmin gecə Xocalı dönmüşdü qan gölünə ,
Əhali səpələndi Qarabağın çölünə .
Yalquzaq canavarın fürsən keçdi əlinə ,
Dağı , dası çəkirdi anaların naləsi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Rəhm eləyən olmadı nə gəlinə , nə qıza ,
Gunahsız körpələrə verildi ağir cəza .
Bu qədər deyə - deyə , bu qədər yaza - yaza ,
Sarkiziyə çatmayıb hələ də haqqın səsi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Ölkəmizin sərvətin kimlər yaladı , yedi ,
Bizə öyüd verdilər , erməniyə " vur " dedi .
Heyif ki , gec anladıq düşmənin məkri nədi ,
O gecə aşkar oldu Moskvanın hiyləsi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Nədən fərq qoyulmayır gunahkara , doğruya ,
Niyə cəlb olunmayıb Sarkisyan sorğuya ?
Hələ qiymət verməyib bu amansız " qurğuya " ,
Nə Fransa senatı , nə ABŞ konqresi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Düşmənə əsir düşdü gəlin əlində xına ,
Körpələr şəhid olub boyandilar alnqana .
O gecə qəsd olundu bütün Azərbaycana ,
Buna qiymət verməli dunyanın çox ölkəsi ,
Əsrin faciəsidir Xocalı faciəsi .
***
Rusiyadan dalbadal gəlir gündə bir bölük ,
Onlar gəlib baş qatır , daha avam deyilik .
" Türkün dostu tək türkdür " deyib böyük Atatürk ,
Hayqırin igidlərim , titrəsin Yer kürəsi ,
Əsrin faciəsidir Xocalı faciəsi ,
Hələ də davam edir Xocalı faciəsi ,
Qoymayaq davam etsin Xocalı faciəsi .
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər