Xəbər lenti

 

Qaradağ rayonunda şagirdlər müəllimə hücum edib. 

Ovqat.com xəbər verir ki, “Sputnik Azərbaycan”a paytaxtın Qaradağ rayon polis şöbəsindən bildirilib ki, oktyabrın 1-də 11-ci polis bölməsinə 57 yaşlı yerli sakin Abbasova Aygün Lətif qızı tərəfindən şikayət daxil olub.

Abbasova, artıq uzun müddətdir ki, 127 nömrəli məktəbdə "Kimya" və "Biologiya" fənlərindən dərs deyir. Müəllimə hüquq-mühafizə orqanlarının əməkdaşlarına cari ilin 27 sentyabrında sinifdə 14 yaşlı iki oğlan şagirdi tərəfindən hücuma məruz qalmasından şikayət edib.

O, hadisənin bütün təfərrüatları və şagirdlər barəsində məlumatları polisə təqdim edib. 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi hadisə ilə bağlı istintaq sirrinə görə daha ətraflı məlumat verməkdən imtina edib.




Ana səhifəyə qayıt        Baxış: 357          Tarix: 2-10-2019, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma