Xəbər lenti

 

Türkiyədə keçirilən “Kim milyonçu olmaq istər” yarışmasının qalibi Arda Aytən maraqlı açıqlama verib. O, milyonçu olandan sonra qohum-əqrəbalarının sayının göbələk kimi artdığını bildirib.

Türkiyədəki milyonçu şousunun qalibi Arda Aytənə qohumları aman vermir. Onların sayı dayanmadan artır. “Tanımadığım bir dəstə qohumum ortaya çıxdı. Hamısı məni tanıdığını deyir, mən isə heç birini xatırlamıram”, - Arda belə deyir.

Kahramanmaraş universitetinin üçüncü kurs tələbəsi “Sabah” qəzetinə müsahibəsində çox səmimi danışıb. O, ortaya xeyli saxtakar insanın çıxdığını söyləyib. Qohumlarını da bu sıraya qoşub. Arda daha çox “İstiqlal marşı” ilə bağlı son suala tez cavab verməməsinə görə üzüldüyünü söyləyib. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 442          Tarix: 8-10-2019, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma