Xəbər lenti
Bu gün, 22:31
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
“İntim görüntülərin çəkilərək yayılmasının dövlət orqanlarına heç bir aidiyyəti yoxdur”
Məlum olduğu kimi, ölkənin internet məkanında Cəmil Həsənlinin qızı olduğu iddia edilən gənc bir xanımın intim videogörüntüləri yayılıb. Bu çirkin hərəkət cəmiyyətin ən müxtəlif təbəqələrinin ciddi etirazına səbəb olub. Cəmil Həsənli görüntünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirib və vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını “necə yaşamaq istəməsi onun şəxsi işidir”.Azərbaycan cəmiyyətini sarsıdan və hazırda gündəmin əsas mövzusu olan intim video qalmaqalına dair bir sıra detallar ortaya çıxıb. Bir çox mənbələr milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümündə sanki düzünə qəsdlə, təhlükəsizlik orqanlarını hədəf göstərməklə belə iyrənc videonun yayılmasını birbaşa təxribat əməli hesab etdi. Azərbaycan iqtidarının, onun müzəffər Prezidentinin reytinqinin ən yüksəkdə olduğu bir zamanda, müxalifət düşərgəsinə dialoq təkliflərinin edildiyi, yeni siyasi konfiqurasiyanın qurulduğu bir dönəmdə belə təxribat, heç şübhəsiz, dövlətə, onun siyasətinə qarşıdır.
“Yeni Müsavat” Media Qrupunun rəhbərinin sorğusuna cavab olaraq dövlətin önəmli və mötəbər qurumlarından verilən açıqlamaların ümumi məzmununu ifadə edək: “Cəmil Həsənlinin qızı olduğu iddia edilən şəxsin intim görüntülərinin çəkilərək yayılmasının dövlət orqanlarına heç bir aidiyyəti yoxdur. Bu, ilk növbədə dövlətə, onun apardığı siyasətə, dialoq prosesinə və siyasi sistemlərin arasında yaranmaqda olan etibara zərbədir. Dövlətin heç bir strukturu bu çirkin əməldə yer almayıb. Hesab edirik ki, bunu Azərbaycana düşmənçilik edən şəxslər təşkil ediblər. Bu əməli törədənlər (yəni birinin intim həyatını çəkib yayanlar) tapılıb cəzasına çatdırılacaq’’.
Günel Həsənli
Qeyd edək ki, bu mövqeyi yaymağa hazırlaşdığımız bir zamanda Cəmil Həsənlinin qızı Günel Həsənlinin adından açıqlama yayılıb. Ailəyə yaxın mənbələrdən birinin “BBC News Azərbaycanca”ya verdiyi açıqlamaya görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını bildirib.
İctimai-siyasi fəallar, əksər sosial şəbəkə istifadəçiləri də bu görüntülərin yayılmasını pisləyirlər. Hazırda İsveçdə yaşayan Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvü Vahd Qazi video yayılandan sonra Cəmil Həsənliyə dəstək postu yazıb. Milli Strateji Düşüncə Mərkəzi (MSDM) rəhbəri İsa Qəmbər də hesab edib ki, vətəndaşın şəxsi həyatına belə bir müdaxilə əxlaqsızlıqdır. Tarixçi, ictimai fəal Altay Göyüşov yazır: “Bunu edənlər tapılmalı və nəyin bahasına olursa-olsun cəzalandırılmalıdır.” Professor Qulu Məhərrəmli də baş verənləri Milli Şura sədrinə qarşı mənəvi terror hesab edib.
Sabiq baş nazir Pənah Hüseyn də baş verən baş verənləri pisləyən açıqlama yayıb: “Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər aidiyyəti dövlət qurumlarına Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən video cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlamışlar. Müraciətə cavab olaraq bildirilmişdir ki, ”bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət-iqtidar münasibətlərinin normallaşması və tam əhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirlər. Bu təxribatın üstünün açılması üçün ən yüksək səviyədə tapşırıq verilmişdir və ən tez bir zamanda təqsirkarlar aşkarlanıb bu barədə ictimaiyyətə məlumat veriləcəkdir".
Əlavə edək ki, aparılan təhqiqat ekspertiza göstərir ki, informasiya kirliliyi nəticəsində yaranan ilkin təəssüratlar yanlışdır, videodakı şəxslərin, ümumiyyətlə, C.Həsənlinin ailə üzvü ilə əlaqəsi olmadığı, “tamaşa” olduğu versiyası yəqinlik qazanmaqdadır. C.Həsənlinin ailə üzvü də bu barədə açıqlama verərək videodakı şəxslərin ona aidiyyəti olmadığını bildirmişdir. Heç şübhəsiz məsələyə cinayətin üstünün açılması və konkret təqsirkarların tapılıb cəzalandırılması nöqtə qoya bilər.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, bu məsələ ilə bağlı hakimiyyəti şəxsi həyata müdaxilə ilə bağlı ittiham etmək absurddur və iqtidarın “belə yollara əl atmasına ehtiyacı yoxdur”.
“Bakı” Hüquq Mərkəzinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Konstitusiyasının 32-ci bəndinə görə, ölkə qanunvericiliyi şəxsin özəl görüntülərinin özünün icazəsi olmadan, qeydə alınmasını, saxlanmasını və yayılmasını qadağan edir: “Qanun bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir. Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı dövlət təminatı altındadır. Cinayət Məcəlləsinin 156-cı maddəsi bütün şəxsi həyata yönəlmiş müdaxilə və şəxsi həyat sirlərini, videogörüntü yaymağı, müdaxilə edib çəkməyi və sairi cinayət əməli hesab edir. Buna görə cinayət məsuliyyəti var”.
Mərkəz rəhbəri deyir ki, hüquq-mühafizə orqanları bu cinayətlə bağlı dərhal araşdırma aparmalıdır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar