![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 15:27
Bu gün, 15:00
Bu gün, 12:26
Bu gün, 11:44
Bu gün, 10:55
Dünən, 23:00
Dünən, 21:52
Dünən, 17:24
Dünən, 12:56
Dünən, 12:14
Dünən, 11:00
![](/uploads/posts/2021-08/1629623162_eli-hesenov-hacibala-abutalibov-yap-tedbir1.jpg)
Məhəbbət Orucov
Tanınmış jurnalist
KİV DF icraçı direktoru Vüqar Səfərli ilə bağlı aparılan istintaq zamanı ortalığa çıxan 18 milyon manat mənimsəmə faktı heç də həqiqəti əks etdirmir. Bu barədə əvvəlki yazılarda da qeyd olunub. Çox maraqlıdır ki, qəzetlərin maddi texniki bazasını möhkəmləndirmək və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması adı ilə ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsi istintaq zamanı tam araşdırılmayıb. Əgər bu məsələyə baxılsaydı, mənzərə tam başqa cür olardı.
Heç kəsə sirr deyil ki, həmin layihə üzrə dövlət tərəfindən ayrılan məbləğ uzun illər baş redaktorlar və V. Səfərli tərəfindən bölüşdürülüb. Bir sözlə, mütəşəkkil dəstənin həyata keçirdiyi “əməliyyat”lar üzündən bu illər ərzində həmin qəzetlərdə çalışan əməkdaşlar qara qəpiyin yeyəsi olmayıblar. Sözüm onda yox. İndi keçək KİV DF-də baş verən cinayətkarlığa bir növ şərait yaradan daha doğrusu ona ilham verən KİV DF-in Müşahidə Şurasına və onun fəaliyyətinə. Əlavə edim ki, Müşahidə Şurasının üzvləri və sədri ölkə başçısının sərəncamı ilə təsdiq olunur. Qurumun əsas vəzifəsi isə fondun fəaliyyətinə, daha dəqiq desək, ayrılan məbləğin düzgün bölüşdürülməsinə və təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. Belə olan təqdirdə müşahidə Şurasının üzvləri üzərlərinə düşən vəzifəni icra edə biliblərmi? Yox, başları başqa işlərə qarışıb... Nə isə...
![](/uploads/posts/2021-08/1629623349_eli-768x403.jpg)
2014-2020-ci illərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Quliyev Cəmaləddin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri Həsənov Rasim Aydın oğlu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Hümbətov İntiqam Rəsul oğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsənov Həsən Zal oğlu, “Trend” İnformasiya Agentliyinin baş direktoru Hüseynov İlqar Məmməd oğlu, “Səs” qəzetinin baş redaktoru Quliyev Bəhruz Vaqif oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Əskərov Ramiz Baxşəli oğlu, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Mirzəyev Ayaz Nizami oğlu və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Rüstəmov Əvəz Cahangir oğlu təyin olunub. Şuranın ilk iclasında isə «Xalq qəzeti”nin baş redaktoru Həsən müəllim Müşahidə Şurasının sədri seçilib. Qaydalara görə, ötən illər ərzində Fonda görülən və görüləcək işlərlə bağlı müntəzəm olaraq Müşahidə Şurasının iclası keçirilib və layihələrə ayrılacaq vəsaitlərin xərclənməsi ilə bağlı qərarlar qəbul olunub. Bundan sonra ayrılmış vəsaitlər protokolda qeyd olunan qurumlara ötürülüb.
Xatırladaq ki, Şurada müzakirə edilən məsələlər protokollaşdırılaraq rəsmi sənəd kimi fond da saxlanılır və həmin sənədə Şuranın sədri imza atıb. Bu isə o deməkdir ki, mənimsənilən və talan olunan vəsaitdən Şuranın sədri Həsən müəllimin xəbəri olub. Amma nədənsə bu adam prokurorluqda dindirilməyib. Heç olmasa bu insandan soruşulmalı idi ki, sənin sədr olduğun qurumun işi nədən ibarətdir? Çünki, sabah Vüqar Səfərli və onun mühasibi qalxıb deyəcək ki, bizim nə günahımız? Biz Müşahidə Şurasının qərarlarını icra etmişik. Axı o bizdən üstün qurumdur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər