
Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 18:19
Bu gün, 17:18
Bu gün, 15:27
Bu gün, 13:41
Bu gün, 12:26
Bu gün, 11:49
Bu gün, 10:24
Bu gün, 09:57
Dünən, 22:58
Dünən, 21:30
Dünən, 20:27
Dünən, 18:11
Dünən, 15:24
Dünən, 11:12

“Kitabi Dədə Qorqud”a inansaq, Oğuz elinin igidləri hətta düşmən əsirliyində belə adlarını gizlətməz, bunu özləri və təmsil etdikləri elləri üçün ən böyük ləyaqətsizlik sayardılar. Görünür, daşıdığı bu qədər ağır məsuliyyət səbəbindən Oğuz elində dünyaya gələn hər kəsə dərhal ad verilməz, etimadın doğrulması gözlənilər və göstərdiyi şücaətə görə insana hansısa ad layiq görülərdi. Ad bir növ bugünkü titul və ya orden qədər qiymətli idi və hər kəs bu mənəvi yükü layiqincə daşımalıydı. Əks halda adam addan məhrum olunar və öləndə də adsız dəfn olunardı. Milli mentalitetimizdə dərin iz buraxmış bu ənənə indi də təhtəlşüurumuzda yaşayır və özünü yaxşı aparmayan adama “ailəsinin və ya atasının adını batırdı” deyirik.
Bu gün isə Dədə Qorqud igidlərinin nəticələri hansısa bir tədbirdə iştirak etmək üçün komandalarının adını dəyişirlər. Özü də düşmən millətin nümayəndələrinin tələbi ilə. Bu da azmış kimi, yalan da danışırlar (Hər halda Qafqazinfo-nun iddiasından belə çıxır). Halbuki, Oğiz igidləri üçün yalan danışmaq daha böyük qəbahət idi və ölüm qarşısında adlarını gizlətməmələri də elə bu mənəvi məsuliyyətlərindən irəli gəlirdi. Bir sözlə, yalan və adını dəyişdirmək Oğuz elində ölümdən də betər qəbahət hesab olunurdu.
Ovqat.com-un məlumatına görə, 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın üzvləri bir rus “molodes”i naminə Oğuz igidlərinə yaraşmayan bu iki səhvi birdən ediblər. Necə? Gəlin, bu sualın cavabını “Qafqazinfo”dan xəbər alaq.
Müşviq Abbasov yalan danışır? - Foto

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov növbəti dəfə açıqlama yayıb və adın dəyişdirilmədiyini bildirib.
“Heç kim komandanın adını dəyişməyib. “Şuşa” komandası var və qalacaq. Son iki sutkada keçirdiyim gərgin və mübahisəli görüşlərdən sonra belə qərara gəlindi ki, “Şuşa” komandası Rusiyanın Sankt-Peterbuq şəhərində keçirlən mərkəzi liqalarının birində oynayacaq. Hər şey əladır. Bəzi bədbəxtlərin sevinci uzun çəkmədi” - Müşviq Abbasov bildirib.
Müşviq Abbasovun bu açıqlamasından sonra KVN-in rəsmi saytına göz gəzdirdik. Qısa araşdırma zamanı məlum oldu ki, komandanın adı rəsmi saytda “Şuşa” kimi yox, “Buta” olaraq təqdim edilir.
Azərbaycanı təmsil edən “Buta” 22 komandanın iştirakı ilə Premyer Liqada çıxış edəcək komandaların siyahısında göstərilib. Bu liqanın oyunları isə telekanallar vasitəsilə yayımlanmır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər