Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken Twitter hesabında maraqlı paylaşım edib.
Ovqat.com-un məlumatına görə, dövlət katibi rus ordusunun Ukraynanın Mariupol şəhərində keçirdiyi “xüsusi əməliyyat”la alman faşistlərin 80 il əvvəl Leninqrada hücumunu müqayisə edərək yazıb:
"II Dünya Müharibəsi illərində Leninqradın blokadaya alınmasını hər bir rus bilir. Təəssüflər olsun ki, tarix təkrarlanır, lakin indi Rusiya hökuməti Ukrayna şəhərlərini vəhşicəsinə acından öldürür".
Maraqlıdır ki, Antoni Blinken Amerikanın Nyu-York şəhərində anadan olub və ilk təhsilini də orda alıb. Daha sonra ailəsi ilə Parisə daşınsa da, ali təhsilini Kolumbiya Universitetinin hüquq fakültəsində davam etdirib. Bir müddət Parisdə və Nyu-Yorkda vəkillik edən Blinken daha sonra siyasətə atılıb. 1994-2001-ci illərdə Ağ Evdə ABŞ Milli Təhlükəsizlik Şurasının heyətində çalışıb, 1994-cü ildən 1998-ci ilə qədər ABŞ Prezidentin Xüsusi müşaviri, ABŞ Strateji Planlaşdırma İdarəsinin və Milli Təhlükəsizlik Şurasının Nitq Yazıları üzrə Baş direktoru olub. 1999-2001-ci illərdə ABŞ Prezidentin xüsusi köməkçisi, Dövlət Departamentinin Avropa və Kanada məsələləri üzrə baş direktoru vəzifələrini icra edib. Co Bayden hakimiyyətə gəldikdən sonra isə Dövlət Departamentinin sədri təyin olunub. Bir sözlə, ömrünün 58, siyasi karyerasının 30 ilini ABŞ-da keçirib.
Bununla belə, Blinken alman faşistlərinin zülmündən xəbərsiz biri deyil. Onun anası alman faşistlərinin Daxau və Auşvitz əsir düşərgəsini görmüş yəhudi qızıdır. Blinken də çıxışlarında dəfələrlə faşizmin zülmündən əziyyət çəkmiş yəhudi ailəsində yetişdiyini bildirib. Blinken son Twitter paylaşımında faşizm zülmündən bəhs etməsi bu mənada təsadüfi deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar