Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Ukraynada istehsal olunan ərzaq məhsullarının dünyanın qalan hissəsinə sərbəst daşınması üçün Odessa vilayətindəki limanların təcili açılmasını vacib sayır.
Ovqat.com xəbər verir ki, ÜƏP-nin bu gecə yaydığı bəyanatda belə deyilir.
"Qlobal aclıq böhranı nəzarətdən çıxmazdan əvvəl, Ümumdünya Ərzaq Proqramı bu gün Ukraynanın Odessa vilayətindəki limanların yenidən açılmasına çağırır. Odessa limanı açılmalıdı ki, müharibədən əziyyət çəkən ölkədə istehsal olunan qida məhsulları dünyanın qalan hissəsinə sərbəst şəkildə daşınsın", - bəyanatda bildirilir.
Bəyanatda fikirlərinə yer verilən ÜƏP-nin icraçı direktoru Devid Bisli vurğulayıb ki, dünyada milyonlarla insan bu resurslardan asılıdır: “Zaman daralır və hərəkətsizliyin bədəli hər kəsin gözlədiyindən daha ağır olacaq".
Bəyanatda xatırladılır ki, limanlar müharibə səbəbindən bloklanıb və bu səbəbdən də Odessa və Ukraynanın Qara dənizdəki digər limanlarındakı anbarlarda milyonlarla ton taxıl ixrac olunacağı günü gözləyir.
Ukrayna limanları açılmasa, ukraynalı fermerlərin iyul-avqust aylarında toplayacaqları məhsullarını saxlaya bilməyəcəklərinə diqqət çəkən bəyanatda qlobal aclıq böhranı ilə mübarizə aparıldığı bir zamanda biçilməsini gözləyən taxılların məhv olacağı bildirilib.
Dünyada 276 milyon insanın kəskin aclıqla üzləşdiyini bildirən ÜƏP, Ukraynada münaqişənin davam edəcəyi təqdirdə bu rəqəmin daha 47 milyon artacağının gözlənildiyini vurğulayıb.
Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, Ukraynanın müharibədən əvvəl istehsal etdiyi qida 400 milyon insanı doyurmağa kifayət edirdi və Qara dəniz limanları vasitəsilə ixrac olunurdu.
Bəyanatda həmçinin, müharibə başlayandan sonra buğda və qarğıdalının ixrac qiymətlərinin 22, 20 faiz artdığı da qeyd olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar