Xəbər lenti

Azərbaycan Ordusunun hərbçiləri zəlzələnin nəticələrini aradan qaldırmaq işlərinə kömək göstərmək üçün Türkiyəyə yola düşəcək.

“Report” xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

“Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.




Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 6-02-2023, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma