Xəbər lenti

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən humanitar yükləri qəbul edəcəklərini açıqlayıblar.

Bu barədə “Caliber” məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir.

Bundan başqa, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti vasitəsilə ərzaq və qeyri-ərzaq məhsulları göndərilib. TIR-lar Ağdam istiqamətindən hərəkət edirlər.




Ana səhifəyə qayıt        Baxış: 4 481          Tarix: 9-09-2023, 23:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma