Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndinə keçidi gecikir.
Musavat.com xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.
Görünən budur ki, qondarma rejimin qalıqları hələ də dirəniş göstərir. Ermənistan sərhəddə törətdiyi ard-arda təxribatlarla yanaşı bu kimi qanunsuz, Qarabağdakı ermənilərin taleyinə zidd addımlar atır.
Məlumatlarda o da aydın olur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə onu əngəlləyir və Rusiyanın Qızıl Xaç Komitəsinə təzyiqlər göstərir.
Etibarlı mənbədən verilən məlumata görə Qərb dairələri tərəfindən də Ağdam-Xankəndi yolu ilə bu yükün keçirilməsinə maneçilik törədilir. Qərb dairələri bu məqsədlə Qızıl Xaçdan istifadə edirlər.
Təəssüf ki, Qızıl Xaçın isə öz missiyasını yerinə yetirmək yerinə Qərb təsisatının departamenti kimi fəaliyyət göstərir...
Belə görünür ki, Qızıl Xaç geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində bir alətdir.
Paylaş: