2023-cü ilin 19-20 sentyabr tarixli antiterror əməliyyatlarından sonra Xankəndini tərk etməyən və arvadı ilə birgə şəhərdə yaşamağa davam edən Sarkis Qalstyan bu günlərdə Ermənistana gedib.
Bu barədə MediaHub saytı məlumat yayıb.
Qeyd edilib ki, Sarkis Qalstyan Gorus şəhərində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb.
Sarkis Qalstyanın Ermənistanda yaşayan qohumları da xəbəri təkzib etməyiblər.
Erməni jurnalistlər Sarkis Qalstyanın Xankəndidə həyat yoldaşı ilə qaldığınını nəzərə alaraq, onun Ermənistana tək, yoxsa arvadı ilə birgə gəldiyini öyrənmək üçün Milli Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıblar.
Xatırladaq ki, bir neçə ay öncə bəzi erməni mənbələri Sarkis Qalstyanın Xankəndidə komendant təyin edildiyi barədə qeyri-dəqiq xəbər yaymışdılar.//Modern.az
Paylaş: