Rusiyanın Orenburq şəhərində 3,6 mindən çox həyətyanı ərazini və 2 mindən çox evi su basıb.
Musavat.com teleqraf.com-a istinadən bildirir ki, bu barədə şəhər başçısı Sergey Salmin jurnalistlərə bildirib.
"Vəziyyət çətin və gərgin olaraq qalır", - deyə Salmin yekunlaşdırıb.
Xatırladaq ki, Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi artaraq 1060 santimetrə çatıb. Təhlükəli xətt 930 santimetr sayılır.
Qeyd edək ki, artıq 10 mindən çox bina su altında qalıb, 6 mindən çox insan təxliyə edilib. Orenburqda həyəcan siqnalı işə salınıb, şəhər çaylarında suyun səviyyəsi sürətlə kritik həddə yaxınlaşır.
Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin (Minstroy) rəhbəri İrek Fayzullin bildirib ki, Orenburq vilayətində güclü daşqınlar nəticəsində zədələnmiş binaların təmiri və bərpası üçün kompensasiya hər kvadratmetr üçün 7 min rubl təşkil edəcək.
Paylaş: