Xəbər lenti

Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvadakı sinaqoqlardan birində terror aktının qarşısını alıb, şübhəli şəxs silahlı müqavimət göstərərkən məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (XM) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Xidmət vətəndaşların kütləvi toplaşdığı bir vaxtda Moskvada dini yəhudi müəssisəsində terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşının cinayətkar fəaliyyətinin qarşısını alıb: “Əcnəbi terror aktı törətmək üçün hazırlıq görüb: Moskvada sinaqoqlardan birinin əhatəsində olan ərazidə kəşfiyyat aparıb, həmçinin əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər alıb. Aprelin 10-da terrorçu saxlanılan zaman silahlı müqavimət göstərib, cavab atəşi ilə zərərsizləşdirilib”.

Zərərsizləşdirilən şəxsin yaşayış yerindən istifadəyə hazır kustar üsulla hazırlanmış partlayıcı qurğu, habelə partlayıcı maddələr aşkar edilərək götürülüb.

FTX-dən verilən məlumata görə, müəyyən edilib ki, 2002-ci il təvəllüdlü əcnəbi ümumi cinayət törətdiyinə görə vətənində cəza çəkərkən terrorçuluq fəaliyyətində iştirak etməkdə təqsirli bilinən şəxslərlə əlaqə yaradaraq, onların təsiri altında onlarla əlaqə saxlamağa başlayıb. 2023-cü ilin noyabrında azadlığa çıxandan sonra həmin şəxs Rusiya ərazisinə daxil olub.




Ana səhifəyə qayıt        Baxış: 3 260          Tarix: 11-04-2024, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma