Xəbər lenti

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndində Ermənistan qüvvələrinin qurduğu müdafiə zonası minalardan təmizlənir.

Bu barədə Ermənistanın “Yerkir.am” nəşrinin baş redaktoru Vahe Sarqsyan feysbukda bildirib.

“Daxil olan məlumata görə, hazırda Bağanis (Ayrım) kəndinin müdafiə zonasında minatəmizləmə işləri aparılır”, - o qeyd edib.

Xatırladaq ki, aprelin 19-da Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. (Report)




Ana səhifəyə qayıt        Baxış: 2 873          Tarix: 20-04-2024, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma