Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” agentliyinə bildirib.
“Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb. Laçın dəhlizinin normal fəaliyyətini təmin etmək üçün yer də seçilib. Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”, – o qeyd edib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib.
Paylaş: