Xəbər lenti

"Hizbullah" təşkilatının informasiya xidmətinin rəhbəri Məhəmməd Afif Beyrutun mərkəzindəki Ras-ən-Nəba bölgəsinə İsrailin hava hücumu nəticəsində öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Livanın təhlükəsizlik xidmətindəki mənbələrə istinadən "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumata görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və bina ən azı iki raket zərbəsinə məruz qalıb.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, hücum zamanı üç mülki şəxs də yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 720          Tarix: Bu gün, 18:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma