Xəbər lenti

İsrailin Suriyaya endirdiyi hava hücumlarında rejimin silah anbarlarını, raket başlıqlarını və döyüş təyyarələrini vurması diqqətdən kənarda qalmasa da, Təl-Əviv rəhbərliyinin bu nöqtələrin məlumatlarına necə çatdığı maraq doğurub.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bəşər Əsədin Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verdiyi iddia edilir.

İsrailin bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilib.

Qeyd edək ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə 8 dekabrdan bəri 320 hədəfə havadan zərbələr endirib.




Ana səhifəyə qayıt        Baxış: 3 051          Tarix: Dünən, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma