Əmirəl-möminin (ə) buyurur: "Qeybət etmək - aciz insanların son səyidir".
Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Kəbirə günahlar arasında qeybət - acizliyin, alçaqlığın və zəifliyin nişanəsidir. O insanlar ki, başqalarının arxasından onların eyblərini açar və onları məzəmmət edər və gizli eyblərini açaraq abırlarını aparar - bu insanlar ən alçaq insanlardırlar. Çünki kin və həsəd varlıqlarını elə bürümüşdür ki, bu vasitə ilə özlərini sakitləşdirər və çatışmamazlıqlarını aradan qaldırmağa çalışarlar.
Bu aciz və şəxsiyyətsiz insanlar hətta onlara edilən zalımcasına rəftarlara cavab verməyə belə qadir deyildirlər. Tək səyləri budur ki, insanların arxasından xəncər vursunlar. (Həvzəh)
Hədislərdə oxuyuruq ki, qeybət edən insan əgər tövbə edərsə, behiştə daxil olan son insan olacaqdır. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olacaqdır.
Bu alçaq və rəzil sifəti tərk edək və ona görə tövbə edək.
Paylaş: