Xəbər lenti

 

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığması ilə vidalaşıb.

Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytı verdiyi məlumata görə, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı anlaşma yolu ilə son qoyulub. Onu Safet Suşiçin əvəzləyəcəyi gözlənilir.

Prosineçki Bosniya və Herseqovina yığmasında 2018-ci ilin yanvarından çalışırdı. 51 yaşlı mütəxəssisin rəhbərliyi altında bu komanda UEFA Millətlər Liqasında qrup qalibi kimi AVRO-2020-nin "pley-off" mərhələsinə yüksəlib. Lakin seçmə mərhələdə yığma qrup dördüncüsü olaraq, Avropa çempionatına birbaşa vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.   \\İstiqlal.az




Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 27-11-2019, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma