Xəbər lenti

 

"Şimali İrlandiya ilə görüşün ilk 70 dəqiqəsində qol buraxmamağımız bizim üçün yaxşı göstəricidir. San Marinonun futbol baxımdan böyük perspektivi yoxdur. Əlimizdəki futbolçularla Azərbaycanla görüşdə yaxşı nəticə qazanmağa çalışacağıq".

Bunu San Marino milli komandasının baş məşqçisi Pyer Anjeli Manzaroli futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.

Qırx səkkiz yaşlı mütəxəssis sentyabrın 4-də "Bakcell Arena"da keçiriləcək matçdan əvvəl təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb. Bildirib ki, son dövrlərdə əldə olunan nəticələr Azərbaycanın futbol ölkəsi olmasının sübutudur: "Azərbaycana qarşı böyük hörmətimiz var. Bilirik ki, Azərbaycan futbol ölkəsidir. Son vaxtlar əldə olunan nəticələr də bunun sübutudur. Lakin biz burdan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Sabahkı matç bir növ bizim üçün döyüş olacaq. Rəqibin heyətindəki itkilərdən xəbərdaram. Özüm də bu halla dəfələrlə üzləşmişəm. Ümid edirəm ki, Robert Prosineçki layiqli əvəzləyicilər tapacaq".

Qeyd edək ki, Azərbaycan - San Marino oyunu saat 20:00-da başlayacaq.

"Şimali İrandiyaya qarşı matçda 70 dəqiqə qol buraxmamağımız böyük nəticə kimi qəbul edilə bilər. Seçmə mərhələdə iştirak bizim üçün böyük məsuliyyət tələb edir. Çalışırıq ki, yaxşı nəticə göstərək. Əlimizdən gələni edəcəyik ki, həmin oyunu Azərbaycana qarşı da sərgiləyək".

DÇ-2018-in seçmə mərhələsinin C qrupunda millimizlə qarşılaşacaq "cırtan ölkə"nin çalışdırıcısı oyundan qabaq təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Azərbaycan millisi son oyunlarda elə də yaxşı təsir bağışlamayıb. Bakıda əsas məqsədiniz nədi?

- Rəqibə hörmət edirik. Azərbaycan futbol ölkəsidi. Burda futbol daim inkişaf edir. Son nəticələr də bunu sübut edir. Qarşılaşma həm də bizim üçün "döyüş"dü. Bu "döyüş"dən yaxşı nəticə ilə ayrılmağa çalışacağıq.

- Azərbaycan millisində bir neçə itki var. Sizcə, bu amil sizin xeyrinizə ola bilər?

- Bu barədə məlumatım var. Ancaq düşünürəm ki, Robert Prosineçki çətinliyin öhdəsindən gələcək və həmin oyunçuları əvəz edə biləcək.




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 3-09-2017, 19:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma