Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvarında qiymətlərin səviyyəsinə dair məlumatları açıqlayıb. Rəsmi informasiyalardan aydın olur ki, 3 səbətdən ikisində – ərzaq və qeyri-ərzaq səbətində bahalanma qeydə alınsa da, xidməti səbətinin dəyəri demək olar sabit qalıb.
Ərzaq səbəti nə qədər bahalanıb?
DSK ayının qiymət müşahidəsinə götürdüyü ərzaq səbətinə ümumilikdə 151 adda ərzaq məhsulu daxilidir. Ərzqa qiymətlərinin monitorinqi həm yerli, həm də idxal məhuslları üzrə ayrıca aparlıb. Müşahidənin nəticəsinə görə, 2017-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk ayında 151 adda məhsuldan ibarət ərzaq səbətinin dəyəri orta hesabla 37.3 manat və ya 6.4% bahalanaraq 621.7 manat təşkil edib. Lakin yerli məhsullardan ibarət ərzaq səbətinin dəyəri daha çox bahalanıb – 7.9%. İdxal ərzağından ibarət səbətin qiymətində isə 7.4% artım qeydə alınıb.
Səbətlərin dəyəri arasında qiymət fərqi onların tərkibi ilə bağlıdır. Belə ki, idxal səbəti qiymət müşahidəsi dövründə satış şəbəkələrində olan 112 adda, yerli məhsullar təxminən 130 adda məhsuldan formalaşıb. Çünki elə məhsullar yerli məhsullar var ki, onların idxal anologiyası, yaxud əksinə elə idxal ərzağı var ki, onların yerli anologiyası yoxdur. Orta qiymətə malik səbət isə mənşəyindən asılı olmayaraq müşahidə anında satış şəbəklərində müştərilərə təklif olunan bütün ərzaq məhsullarını əks etdirir. Amma burda əsas müqayisə bazası eyni səbətlərin dəyərinin 2 müxtəlif dövr üzrə müqayisə olunduğu üçün real mənzərə təhrif edilmir. Məsələn, 112 adda idxal səbətinin dəyəri həm 2017-ci ilin, həm də 2018-ci ilin ilk ayına görə müqayisə edilir.
Ən çox bahalanan idxal ərzağı kərə yağı olub – qiymət artımı 71.2% təşkil edib. İdxal olunan zeyrun yağı 22.3%, ayran 29%, toyuq əti 21%, uşaq qidası üçün quru süd qarışığı 13%, uzun düyü 12.5%, konservləşdirilmiş mal əti 10% bahalanıb.
Yerli ərzaq səbətinin tərkibində ən çox bahalanma qeydə alınan məhsullar bunlar olub: yerkökü 28%, filtrli siqaretlər 25.7%, hisə verimiş balıq 23.5%, üzüm sirkəsi 17.6%, yumurta 15.8%, süfrə çuğunduru 15.7%, fındıq 14%, üzüm 13.3%, 15 kələm 12%, mərci 9.6%, xiyar 9%.
Qeyri ərzaq və xidmət səbətlərinin qiymətləri: nə dəyişib?
Qeyri-ərzaq səbəti üzrə 269 adda məhsulun, xidmət səbəti üzrə 100 adda xidmətin qiymətləri müşahidə edilib.
Müşahidənin nəticələrinə görə, qeyri-ərzaq səbətinin dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2018-ci ilin yanvarında 6% artıb. Əgər ixtiyari bir müştəri ay ərzində qeyri-ərzaq səbətinə daxil olan 261 adda məhsulun hərəsindən bir vahid almalı olsa idi, onda 49774 min manat xərcləməli olardı. Halbuki 2017-ci ilin yanvarında bu göstərici 46840 manat təşkil etmişdir. Bu səbətə minik avtomobilindən tutmuş ev və kosmetik əşyalar, mebel, geyim, zinət əşyaları, kitab və qəzet-jurnallar, məktəb ləvazimatları, gigiyenik vasitələri və s. daxildir.
Qeyri-ərzaq səbətində ən çox bahalanma bu məhsullarda qeydə alınıb: benzin Aİ-92 28.6%, qadınlar üçün dəri əvəzediсisindən sabolar 24%, 3-9 yaşlı uşaqlar üçün şortlar 18%, elektrik plitəsi 15%, yol çantası 14%, 1-3 yaşlı uşaqlar üçün qış kostyumu 12.1%, kişilər üçün mayka və futbolkalar 12%, qadınlar üçün isti astarlı palto 11.1%, mətbəx üçün mebel dəsti 11%, corab 10%, pambıq parça 9.6%, yataq ağları dəsti 9.4%, minik avtomobilləri 9%, divar kağızlar 9%.
Xidmətlər səbətinin dəyərində demək olar ki, dəyişiklik olmayıb (hətta 0.4% azalma qeydə alınıb).
FED.az Təhlil Qrupu
Paylaş: