Xəbər lenti

 

İran prezidenti çalışır ki, Azərbaycanla iqtisadi əlaqələrimizi mədəni və siyasi əlaqələrin səviyyəsinə çatdırsın”.

Bunu APA-ya eksklüziv açıqlamasında  İranın hökumət sözçüsü Əli Rəbii deyib.

Ə.Rəbii deyib ki, İran və Azərbaycan arasında tarixi bağlar, mədəniyyət, din, məzhəb və müştərək dil faktorları səbəb  olub ki, iki qonşu və qardaş ölkənin münasibətləri qarşılıqlı hörmət əsasında qurulsun: “Bölgədəki münaqişələrin həlli və sabitliyin güclənməsi üçün rəsmi Bakı və Tehranın ciddi iradəsi də iki tərəfli sinergiya və yaxınlaşmanı gücləndirib.

İki ölkə arasında iqtisadi əlaqələrinin nəzərə çarpacaq dərəcədə artdığını deyən Ə.Rəbii bildirib ki, 2018-ci ildə iki ölkənin ticarət həcmi 40 faiz artıb. 2019-cu ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi  ötən illə müqayisədə 2, 2 dəfə artıb.

O qeyd edib ki,  hər iki ölkənin prezidentləri ölkələrimiz arasındakı iqtisadi potensialın daha çox olduğunu vurğulayıb: “Astara dəmir yolunun birləşdirilməsi iqtisadi əlaqələrin inkişafına təkan verəcək və münasibətləri daha da yaxınlaşdıracaq”.




Ana səhifəyə qayıt        Baxış: 489          Tarix: 28-09-2019, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma