Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
“Şimal axını-2 layihəsinin tamamlanacağı ilə bağlı iddialar eşidilir. Məncə, bu cür iddialar üçün heç bir əsas yoxdur”.
Ovqat.com xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmiqal Vilnüsdə ölkəsindəki islahatlarla əlaqədar keçirilən beynəlxalq konfransdan sonra keçirdiyi mətbuat konfransında deyib.
Qaz kəməri layihəsinin "qeyri-iqtisadi" olduğunu və Ukraynanın qaz tranzit həcminin azalmasından əziyyət çəkəcəyini vurğulayan Şmiqal əlavə etdi ki, layihə ilə Rusiyanın Avropadakı nüfuzu artacaq. Odur ki, Smiqal Litvanı da "Şimal axını 2-yə qarşı səyləri birləşdirməyə və bu cür ehtimala qarşı çıxmağa" çağırıb. Şmiqal bu məsələdə “çox şeyin AB-dəki tərəfdaşlardan asılı olduğunu” da gizlətməyib.
Ukrayna Baş nazirinin çağırışına Litvanın cavabı özünü çox gözlətməyib. Elə həmin mətbuat konfransında Litva Baş naziri İngrida Simonite Kiyevi dəstəkləməyə hazır olduqlarını bildirib: "Litva digər həmfikirlərlə birlikdə bu layihənin mənfi təsirinin, tamamlanacağı təqdirdə belə, istismarının minimuma endirilməsini təmin etmək üçün hər cür səy göstərəcək".
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski də "Şimal axını-2" qaz kəmərinin Ukrayna və Avropaya qarşı silah olduğunu demiş, Kiyevin beynəlxalq tərəfdaşlarını layihəyə qarşı çıxmağa çağırmışdı.
Xatırladaq ki, Ukraynanın bütün səylərinə baxmayaraq, “Şimal axını-2” operatoru bir ay əvvəl - 10 iyun tarixində ilk filialını istismara verməyə başlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar