Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“ABŞ və Almaniya "Şimal Axını-2" layihəsinin işə salınmasından sonra Ukrayna üzərindən qaz tranzitinə zəmanət vermək məsələsində razılığa gəliblər".
Ovqat.com xəbər verir ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bu açıqlama ilə çıxış edib.
O bildirib ki, Almaniya razılaşma çərçivəsində hazırkı razılaşmanın daha 10 il uzadılmasına nail olmağı öhdəsinə götürüb. Bu barədə birgə bəyanat isə daha sonra veriləcək.
"Bu gün günorta biz Almaniya hökuməti ilə əldə etdiyimiz razılaşmanı dərc edəcəyik",— deyə xanım Nuland ABŞ Senatının beynəlxalq məsələlər komitəsi qarşısında hesabat zamanı bildirib.
Xanım Nulandın sözlərinə görə, əgər razılaşma əldə edilməsəydi, Ukrayna "böyük riskə məruz qalardı". O, ayrıca qeyd edib ki, ABŞ Ukrayna hökumətinin bəyanatlarına nəzarət etməyə cəhd göstərməyib və göstərməyəcək. “Ukrayna suveren dövlət kimi öz mövqeyini ifadə edən bəyanatlar vermək hüququna malikdir".
Qeyd edək ki, “Bloomberg” dünən ABŞ-la Almaniya arasında “Şimal axını-2” layihəsi ilə əlaqədar razılıq əldə olunduğu barədə məlumat yaymışdı.
ABŞ-la Almaniyanın "ortaq enerji məxrəci”: Ukrayna üzərindən qaz nəqli ən azı 10 il dayandırıla bilməz
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar