Xəbər lenti


Amerika, Avropa İttifaqı, Kanada və Böyük Britaniya Rusiyanı qlobal banklararası ödəniş sistemi olan SWIFT sistemindən çıxara biləcəklərini açıqlayıb.

Ovqat.com
-un məlumatına görə, bu bəyanat Almaniya və İtaliyanın məsələ ilə bağlı mövqelərini yumşaltmasından sonra verilib.
 

Amerika və Avropa rəsmilərinin fikrincə, İtaliya və Almaniyanın son qərar dəyişikliyindən sonra Rusiyanın SWIFT-dən çıxarılması üçün atılacaq gərəkli addım cəmi bir neçə gün vaxt ala bilər.

Belə bir addım Rusiya şirkətlərinin biznesini çox çətinləşdirəcək.

SWIFT təhlükəsiz banklararası mesaj sistemi və beynəlxalq ticarət üçün ən mühüm maliyyə mexanizmidir.

Qərb ölkələri Ukraynanın işğalına görə Moskvaya təzyiqləri artırmaq üçün zamanla yarışırlar.

Xatırladaq ki, ötən gün Aİ liderlər zirvəsində belə bir addımın əleyhinə olduğunu bildirən İtaliya indi Rusiyanın SWIFT sistemindən çıxarılmasına veto qoymayacağını açıqlayıb. İtaliya kimi buna qarşı olduğunu bildirən Almaniya da Rusiyanın SWIFT sistemindən çıxarılmasına açıq olduğunu, lakin ölkə iqtisadiyyatı üçün nəticələr üçün bir qiymətləndirmə aparması lazım olduğunu bildirib.

Kanadanın baş naziri Castin Trüdo ölkəsinin Rusiyanın SWIFT sistemindən çıxarılmasına güclü dəstəyini ifadə edib.

Böyük Britaniyanın baş naziri Boris Conson da NATO-ya üzv dövlətləri Rusiyanı sistemdən çıxarmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Avropa İttifaqının Xarici Siyasət Başçısı Cozef Borrell də bildirib ki, SWIFT ilə bağlı qərar yaxın günlərdə verilə bilər.

Ağ Evin sözçüsü Cen Psaki də qeyd edib ki, Rusiyanın SWIFT sistemindən çıxarılması hələ də masadadır.

Amerika rəsmisi onu da vurğulayıb ki, Kiyev işğal olunarsa, Qərb ölkələrinin daha çox sanksiyaları qüvvəyə minə bilər.




Ana səhifəyə qayıt        Baxış: 6 669          Tarix: 26-02-2022, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma