Xəbər lenti


Ukrayna Rusiya qazının tranzitində tədricən yaşanan azalma barədə həyəcan təbili çalıb. 
 
Ovqat.com xəbər verir ki, Ukrayna qaz operatorunun rəhbəri Serqey Makoqon bu barədə facebook statusunda məlumat yayıb.
 
Makoqonun sözlərinə görə, enerji nəhəngi “Qazprom” tranzit həcmini əhəmiyyətli dərəcədə və sistematik şəkildə azaldır. 
 
Qeyd edək ki, Rusiya Ukrayna ərazisindən keçən kəmərlə əvvəl Bolqarıstana, Türkiyəyə və Yunanıstana qaz nəql edirdi. "Türk Axını" layihəsi çəkildikdən sonra “Qazprom” qaz nəqlinin marşrutunu dəyişdirdi və tədricən Ukrayna üzərindən keçən kəmərin də təchizatını azaltmağa başladı. Bu ayın əvvəlindən etibarən Rumıniyaya mavi yanacaq da “Türk axını” ilə Bolqaristan üzərindən nəql olunur. Hazırda Ukrayna istiqaməti yalnız Moldovaya qaz vermək üçün saxlanılır. Görünür, bu səbəbdən də Ukraynaya qaz ötürülməsi də xeyli azalıb.


 
Makoqon statusunda Ukraynanın enerji təhlükəsizliyi üçün Avropalı tərəfdarlarını “Şimal Axını-2” kəmərinin inşaatının dayandırmağa çağırıb və bunun  son dərəcə vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, əks təqdirdə, Ukrayna "enerji və hərbi təhlükəsizliyin vacib elementini" itirə bilər.
 
Makoqon qeyd edib ki, 2020-ci ildə Rusiyanın Ukrayna qaz kəməri vasitəsilə Avropaya nəq qaz həcmi 55,8 milyard kubmetr təşkil etmişdi. Bu son 30 ilin ən aşağı göstəricisi idi. İndi belə anlaşılır ki, bu göstərici daha da aşağı düşəcək.

“Türkiyə axın”ının Bolqarıstan və Serbiya üzərindən nəqli  layihəsi çatarsa, "Qazprom" Macarıstana da “Türk axını-2” xətti ilə qaz göndərəcək. Ukrayna üçün bu, 10-12 milyard m3 illik tranzit itkisi deməkdir.
 
"Şimal Axını" -2. Ukraynaya təbii qaz tranzitinin başa çatmasına yol verməmək çox vacibdir-bu, təkcə əhəmiyyətli gəlir deyil, həm də Ukraynanın enerji və milli təhlükəsizliyinin vacib elementidir”, - Makoqon belə yazıb.
 
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 4 914          Tarix: 5-04-2021, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma