Xəbər lenti
Dünən, 19:25

 

Amerikada Azərbaycan səfirliyinin qarşısında İlham Əliyevə qarşı etiraz aksiyası keçirənlər üzlərinə maska taxmağı da unutmayıblar. Dolaysıyla hətta ABŞ-dan siyasi sığınacaq almalarına baxmayaraq, mövcud rejimin repressiyasından da özlərini sığortalayıblar. Amma həmin cavanlar Azərbaycan xalqına nə məsləhət görsə, yaxşıdır? - bir nəfər kimi ayağa qalxıb  Əliyevlər rejimini yıxmaq.

Yadıma yenə məşhur əhvalat düşdü:

Ləzgidən soruşurlar:

- Çılpaq vəziyyətdə kirpinin üstündə oturmaq olar?

Cavab:

-Əlbəttə, olar. Amma gərək "güt" üzgənin ola.

Adama deyərlər, ey qəhrəman igidlər, əvvəl üzünüzdəki maskanı çıxarın, sonra millətə cəsarət dərsi keçin.

Millətə “gün ağlamaq” istəyənlər nə qədər fədakarlığı özgələrdən gözləyəcəklər, bu ölkənin vəziyyəti dəyişməyəcək. İnsan gərək cəmiyyətdən gözlədiyi davranışı ilk əvvəl özü ortaya qoya, əməli nümunə yarada. Bunu bacarmırıqsa, kimisə özümüzə rəva görmədiklərimiz risklərə çağırmaq simasızlıqdır. Zatən simalıların maskaya da ehtiyacı olmaz.




Ana səhifəyə qayıt        Baxış: 1 220          Tarix: 16-03-2018, 09:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma