Xəbər lenti

 

Məlum olduğu kimi, ABŞ-ın Dövlət Departamenti terrorizmə qarşı mübarizə ilə bağlı ənənəvi bəyanatında Azərbaycanın xüsusi xidmət orqanının bu qəbildən olan qurumlar içərisində ən yaxşılardan biri olduğunu açıqlayıb. Bəyanatda qeyd olunub ki, Azərbaycanın xüsusi xidmət orqanları terrorizmə qarşı mübarizədə aktiv mövqe sərgiləyib, bu yöndəki beynəlxalq əməkdaşlığa ciddi dəstək verib.

 

Moderator.az olaraq hüquqşünas Ələmməd Nuriyevlə söhbətimizdə Departamentin məlum bəyanatı və bu bəyanatla bağlı bəzi məqamları şərh etməyə çalışdıq.

 

-Əliməmməd bəy, ABŞ-ın Dövlət Departamentin bəyanatında qeyd olunub ki, Azərbaycanın xüsusi xidmət orqanı beynəlxalq terrorizmə qarşı mübarizədə böyük töhfələr verib. Sizcə Departamentin məlum açıqlaması bütövlükdə Azərbaycanın xüsusi xidmət orqanlarının peşəkarlığına verilən yüksək qiymət hesab oluna bilərmi?

 

-Şübhəsiz ki, ABŞ-ın Dövlət Departamenti tərəfindən hər il açıqlanan və dünyada terrorizmlə mübarizənin səviyyəsini əks etdirən hesabatda Azərbaycan xüsusi xidmət orqanlarının bu cür təqdimatı əlbəttə ki, ürəkaçandır. Bizi sevindirir ki, bizim təhlükəsizliyimi təmin edən qurum, bu qurumun əməkdaşları yüksək peşəkarlığa malikdir. Hazırkı şəraitdə dünyada terrorizmin geniş yayıldığı, bizim coğrafiyamızda terror təhlükəsinin daha böyük olduğu, klassik erməni terrorizminin mövcudluğu xüsusi xidmət orqanlarımızın peşəkarlığını ikiqat zəruri edir. Onu da qeyd edim ki, erməni teroru Ermənistan dövləti və erməni lobbisi tərəfindən stimullaşdırılır. Belə bir şəraitdə Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığının bu cür yüksək qiymətləndirilməsi bizi sevindirir.

-Sizcə məlum bəyanat həm də Azərbaycanın terrorizmə qarşı mübarizədə bütün bəşəriyyətə böyük töhfələr verməsinin rəsmi təsdiqi sayıla bilərmi?

 

-Təbii. Bu adi bir hesabat deyl. Bu hesabat bu sahədə, yəni terrorizmə qarşı mübarizə sahəsində böyük peşəkarlığa malik şəxslər tərəfindən hazırlanıb. Ona görə də peşəkarlar tərəfindən hazırlanan bu hesabatda Azərbaycanın xüsusi xidmət orqanlarına bu cür qiymət verilməsi Azərbaycan üçün olduqca uğurlu və böyük göstəricidir. Bu, həm də o deməkdir ki, Azərbaycan terrorizmlə sadəcə ölkə daxilində mübarizə aparmır. Azərbaycan həm də beynəlxalq səviyyədə terrorizmə qarşı uğurlu mübarizə aparır. Azərbaycan bu müstəvidə öz partnyorlarını heç vaxt darda qoymur. Terrorizmə qarşı birgə mübarizəyə böyük töhfələr verir.

 

-Əliməmməd bəy, uzun illərdir ki, ölkəmiz Ermənistanla müharibə şəraitində yaşayır? Belə bir məqamda xüsusi xidmət orqanlarımızın yüksək peşəkarlığa malik olması, ölkəmiz üçün ikiqat əhəmiyyət kəsb edirmi?

-Şübhəsiz. Azərbayacn müharibə şəraitindədir. Bu isə o deməkdir ki, bizim təhlükəsizliyimizin xüsusi sayıqlıq və diqqətlə qorunmasına ciddi ehtiyac var. Sevindiricidir ki, ölkəmizin xüsusi xidmət orqanının peşəkarlığı yüksək səviyyədədir və bu, ABŞ Dövlət Departamenti səviyyəsində də etiraf olunur.

 

-Bildiyiniz kimi, bir müddət bundan öncə general Əli Nağıyev ölkə başçısı tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə gətirildi. Sizcə Əli Nağıyev kimi peşəkarın xüsusi xidmət orqanının rəhbərliyinə gətirilməsi, bu qurumun profesionallıq  səviyyəsinin daha da artmasına, onun nüfuzunun beynəlxalq aləmdə daha da yüksəlməsinə səbəb olacaqmı?

 

-Əli Nağıyevin xüsusi xidmət orqanının rəhbərliyinə gətirilməsi vacib məqamlardan biridir. Bu, gələcəkdə bizim xüsusi xidmət orqqanlarımızın peşəkarlığının daha da artırılmasına ciddi təkan verəcəkdir. Əli Nağıyev peşəkar bir çekistdir. O, xüsusi xidmət orqanının peşəkar nümayəndəsidir. Bütövlükdə o, bütün fəaliyyətini bu qurumda həyata keçirib. Əli Nağıyev 90-cı illərin əvvəllərində erməni terrorizminə qarşı mübarizədə birbaşa iştirak edən şəxslərdən biri olmuşdur. Ön xətdə erməni terrorçularına qarşı mübarizə aparmışdı. O, hər zaman öz peşəkarlığı ilə fərqlənib. Onun cənab prezident tərəfindən bu qurumun rəhbərliyinə gətirilməsi sözügedən qurumun peşəkarlığının artırılmasına müsbət təsir göstərəcək.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 6-11-2019, 09:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma