Xəbər lenti

 

Bu hadisələr qətliam zəncirinin halqalarını müəyyənləşdirir. Əgər dedikləri kimi bu faciələrlə hər hansı bağlılığınız yoxdursa və həqiqəti də öyrənməyə çalışmadınızsa, necə komandansınız ki, başqaları sizinlə və ölkə ilə belə oynaya bilir? Açıq görünür ki, qüdrət, cəsarət, idarəçilik və siyasi rəhbərlik üçün yetərli şərtlərə sahib deyilsiz.

 

Bunu İranda ev dustağı olan müxalif lider Mehdi Kərrubi ölkədə baş verən hadisələrlə bağlı Ali dini lider Əli Xameneiyə yazdığı məktubda qeyd edib.

 

Kərrubi Ukrayna Hava Yollarına aid təyyarənin vurulmasına görə ölkənin Silahlı Qüvvələrinin komandanı olaraq Xameneinin məsuliyyət daşıdığını bildirib.

 

Müxalif lider Xameneini ölkənin bütün işlərinə lazımsız müdaxilədə ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 608          Tarix: 14-01-2020, 08:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma