Xəbər lenti

 

"İranda hər 10 dəqiqəyə bir nəfər koronavirusdan ölür”.

Ovqat.com xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur yayıb.

Sözçü Twitter hesabında paylaşdığı məlumatda bu virusa yaxalananların sayının da yüksək olduğunu bildirib: “Bir saatda təxminən 50 nəfər koronavirusa yoluxur”.

Cahanpur vətəndaşları Novruz bayramında səyahət və ziyarət ənənələrini yerinə yetirməməyə çağırıb.

Qeyd edək ki, bunlar hələ rəsmi rəqəmlərdir. Qeyri-rəsmi məlumatlarda "korona" qurbanlarının daha çox olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 19-03-2020, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma