Xəbər lenti

Euronews Türkçe31.03.2020
Yeni tip koronavirus epidemiyası Çindən kənarda yayılmağa davam edərkən, Türkiyədə təsbit edilən COVID-19-a yoluxma sayı 10 min 827 nəfərə, insan ölümü isə 168 nəfərə yüksəlib.
Bunu mart ayının 30-a səhiyyə naziri Fahrettin Koca açıqlayıb.
Epidemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olan İtaliya, İspaniya və Fransada karantin tədbirlərinə baxmayaraq, COVID-19-a yoluxma hallarının qrafikində kələ-kötür kurs var.
Yoluxma sayında 10 min nəfər həddini keçmə sürəti ölkədən ölkəyə fərqlənir.
Türkiyədə Səhiyyə Nazirliyi və bütün dünyadakı hadisələri diqqətlə izləyən ABŞ mərkəzli Cons Hopkins Universitetinin verilən məlumatlarr bazasına görə, ABŞ, İran, Cənubi Koreya, Almaniya, İspaniya, İtaliya və Fransa kimi epidemiyanın ən təsirli olduğu ölkələrdə yoluxma hallarının ortaya çıxmasından sonrakı ilk 10 gün içərisində virusa yoluxma hallarının ən çox artdığı ölkə Türkiyədir (Türkiyə – 19 gün, Fransa – 55 gün, İran – 22 gün, İtaliya – 40 gün, İspaniya – 45 gün, Almaniya – 55 gün).
Yoluxma statistikası birbaşa olaraq ölkələrin testləri ilə əlaqəlidir. İlk yoluxma halı ortaya çıxdıqdan sonra testlərin sayını artıran ölkələrdə, test həyata keçirmədə gecikmiş ölkələrə nisbətən yoluxma sayının daha yüksək olması ehtimalı böyükdür. Məsələn, ilk günlərdə yoluxmanın az olduğu ABŞ-da son zamanlarda testlərin sayının artması ilə yoluxma statistikasında sıçrayış olub.
Türkiyədə səhiyyə naziri Fəxrəddin Kocanın verdiyi məlumata görə, 10 min yoluxmanın qeydə alındığı martın 30-da  edilən ümumi test sayı 76 min 981-dir.
Dünyada ən çox yoluxma halı olan ABŞ-da 10 nəfər hüdudu ilk yoluxma halı aşkarlandıqdan təxminən 2 ay sonra qeydə alınıb.
Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 2 057          Tarix: 31-03-2020, 14:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma