Xəbər lenti


Aprelin 8-ə olan rəsmi məlumata əsasən, Ermənistanda 881 koronavirusa yoluxma halı təsdqilənib. Xəstələnənlərdən altı nəfəri Ermənistan ordusunun hərbçisidir. Əvvəlcə hərbçilərin birinin ailə üzvlərindən birində, daha sonra xidmət yoldaşlarına koronavirus təsdiqlənib. Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, bütün yoluxan hərbçilər “döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmayan” eyni hərbi hissədə xidmət edir. Xəstələr ən başından – hərbçilərin birində virus aşkarlanandan dərhal sonra təcrid ediliblər. Yeni yoluxma halları yoxdur.
Aprelin 7-i axşam Ermənistana Rusiyaya məxsus hərbi mütəxəssis və tibb avadanlıqları gətirən iki İl-76 nəqliyyat təyyarəsi gəlib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, artıq aprelin 8-dən Rusiyadan gətirilən mobil laboratoriya işə salınacaq. Rusiyalı mütəxəssislər erməni hərbçilərdən və Rusiyanın 102 saylı hərbi hissəsinin şəxsi heyətindən götürülmüş koronavirus analizlərinin nümunələrini tədqiq edəcək. Rusiya bazası Ermənistanın böyüklüyünə görə ikinci şəhəri olan Gümridə yerləşir.

Niyə Rusiya laboratoriyası Ermənistanda yerləşir?

“Ermənistan və Rusiya müdafiə nazirləri David Tonoyan və Sergey Şoyqu arasındakı razılaşmaya əsasən, virus əleyhinə tədbirlərin təşkilinə kömək etmək məqsədilə Rusiya SQ-nin mütəxəssis komandası Ermənistana gəlib”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Onun sözlərinə görə, Rusiyalı mütəxəssislər Ermənistana yerli ordunun hərbçilərini və Rusiyanın 102-ci hərbi bazasının kontingentini operativ şəkildə koronavirus yoxlamasından keçirmək üçün test-sistemlər gətiriblər.
Rusiya laboratoriyası gün ərzində koronavirusun aşkarlanması üçün 100 PCR-test keçirə biləcək. Bu növ test yüksək dəqiqliyi olan diaqnostika metodu sayılır, bu test insanın genetik materialının tədqiqi əsasında aparılır. Testlərin nəticələri beş saat ərzində məlum olur və 99 faizlik dəqiq nəticəni təmin edir.
Ermənistan Müdafiə Nazirliyi mətbuat katibinin sözlərinə görə, nümunələri Ermənistan SQ-dən olan mütəxəssislər götürəcək, analizləri isə rusiyalı mütəcəssislər aparacaq.
“Laboratoriyalı mobil qrup Ermənistanın silahlı qüvvələrinin sanitar-epidemioloji xidmətinin personalı ilə birgə işləyəcək”, – Ermənistan SQ-nin Hərbi-Tibbi İdarəsinin rəis müavini Tiqran Avetisyan bildirib.

JAMnews



Ana səhifəyə qayıt        Baxış: 1 902          Tarix: 10-04-2020, 02:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma