Xəbər lenti


Qarabağdakı vəziyyətlə bağlı Rusiya sülhməramlıları əllərindən gələni edirlər.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpasını, ermənilərlə azərbaycanlıların ümumi yaşayışı üçün şərait yaradılması üçün çalışırıq”, - deyə Lavrov bildirib.

Rusiyanın baş diplomatı ümid edir ki, İrəvan da bu məsələdə maraqlı olar və bunun üçün səy göstərər.




Ana səhifəyə qayıt        Baxış: 2 969          Tarix: 3-10-2023, 03:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma