Bu ayın əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Riyada gedən, daha sonra orada istefasını açıqlayan Livanın Baş naziri Səad Həriri fikrindən daşınıb.
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Həririnin özü deyib.
Fransanın C News kanalına açıqlamasında Baş nazir bir müddət dilə gətirdiyi istefa bəyanını bu cür əsaslandırıb: “Livanın səlahiyyətləri davam edən Baş naziriyəm və öz vəzifəmi davam etdirmək niyyətindəyəm. İstefa qərarıyla müsbət bir şok yaratmaq istəmişdim. Livan xalqına böyük problemlərimizin olduğunu bildirmek üçün bu addımı atmışdım".
Bir sözlə, Livanın Baş naziri, sən demə, xalqla məzələnirmiş.
Həriri çıxışında Hizbullahın Livandakı fəaliyyətlərini davam etdirəcəyi təqdirdə yenidən istefa edəcəyinə də eyham vurub.
Qeyd edək ki, Həriri öz istefasını açıqlayanda İran rəsmiləri onun Səudiyyə Ərəbistanı tərəfindən girov götürüldüyünü və bu cür bəyanatlar verməyə məcbur edildiyini bildirmişdi. Sonrakı bir çox hadisələr belə bir ehtimalın həqiqətən də mümkünlüyü barədə şübhələri artırmışdı.
Paylaş: