Fransa prezidenti Emmanuel Makronun dəvətilə bu səhər Səudiyyə Ərəbitanından Fransaya uçan Livanın keçmiş Baş naziri Səid Həriri təyyarədən enər-enməz öz ölkəsinə zəng edib. Onun Livan prezidenti Mişel Avn, ölkə parlamentinin spikeri Nəbi Berri və Avanqard Sosialist Partiyasının sədri, dürzi lider Vəlid Canpolada zəng etdiyi bildirilir.
Ovqat.com xəbər verir ki, məlumatı hər 3 qurumun rəhbəri yazılı açıqlamalarıyla təsdiqləyib.
Bildirilidiyinə görə, Həriri telefon söhbətlərində həqiqətən də Baş nazirlikdən istefa etdiyini, amma yaxın günlərdə Livana qayıdacağını deyib. Həririnin bu ayın 22-də Beyrutda keçiriləcək Müstəqillik Günü mərasimlərində iştirakı gözlənilir.
Qeyd edək ki, iki həftə əvvəl İran dini lideri ayətullah Xamaneinin təmsilçisiylə görüşən Həriri dərhal Səudiyyə Ərəbistanına getmişdi. Bu tələsik səfərin ardından tele-ekranlara çıxan Baş nazir təhlükəsizlik səbəbiylə istefa etdiyini, həyatına təhlükəni İrandan gözlədiyini və bu ölkənin Livandakı qollarının kəsilməsinin vacibliyini açıqlamışdı.
İran rəsmiləri isə onun bu açıqlamaları Riyadın basqısı altında verdiyini və girov götürüldüyünü iddia edirdilər. Günlərdən bəri Səudiyyə Ərəbistanında olan, amma bu zamana qədər ölkəsindəki rəsmilərə zəng etmədiyi anlaşılan Həririnin Fransaya gedər-getməz telefona sarılması da bu ehtimalı gücləndirir.
Həririnin Səudiyyə Ərəbistanına getdikdən dərhal sonra rəsmi Riyadın oliqarx “ovuna” başlaması, aralarında 4 nazirin olduğu 11 vəliəhdin korrupsiya iddiası ilə azadlıqdan mərhum edilməsi bu şübhələri artıran digər amillərdəndir. Qeyd edək ki, həbs olunan oliqarxlar arasında Həririnin ortaqları də var idi.
Livanın Baş naziri olmasına baxmayaraq, Həriri həm də Səudiyyə vətəndaşıdır.
Paylaş: