Xəbər lenti

 

Bilindiyi kimi, İstanbul Respublika Prokurorluğu İran əsilli iş adamı Rza Zarrabın bütün mülkiyyətini müsadirə etmək qərarı almışdı. Qərardan sonra aparılan araşdırmalar nəticəsində isə məlum olub ki, Zarrab Türkiyənin fikirləşdiyindən daha çoxbilmiş imiş. Adam Amerikada həbs olunduqdan sonra Türkiyədəki şirkətlərinin binasından başqa bütün varidatını ölkədən çıxırabmış.

Əsasən qızıl ticarətilə məşğul olan Zarrabın ən böyük şirkəti “Royal” holdinqdir. İstanbulun tam göbəyində şirkətin 7 mərtəbəli biması ucalır. Həbsindən sonra bütün dəyərli əşyalarını binadan çıxaran Zarrabın bir neçə ay əvvəl əməkdaşlarını da işdən çıxartdığı xəbər verilir. Bu hiylənin bilinməməsi üçün binanı sadəcə iki gözətçi qoruyurmuş. Gendən baxanlar binada bütün fəaliyyətlərin əvvəlki kimi davam etdiyini düşünürmüşlər. Baxanların gözünü aladadan keşikçilər isə maaşlarını bank kartı vasitəsilə alırmışlar. Yəni onlar belə Zarrabdan sonra bu fəaliyyəti kimlərin yürütdüyündən tam xəbərsizmişlər.

 Eyni mənzərə Zarrabın digər müəssislərində də mövcudmuş. Bir sözlə, Türkiyənin başına əngəl-kələf olan iş adamı Ankaranı həbs olunduğu gündən satmaq haqqında düşünürmüş.

Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu dövlət sirrini yaymaqda və xarici dövlətə casusluqda ittiham etdiyi Zarrabın bütün mülkiyyətini müsadirə etmək qərarı vermişdi.




Ana səhifəyə qayıt        Baxış: 1 383          Tarix: 3-12-2017, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma