Xəbər lenti

 

ABŞ bu dəfə öz müttəfiqi vurub.

Ovqat.com-un türk mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ təyyarələri Suriyanın Deyrizor vilayətində yerləşən PYG qərargahını hava hücumlarıyla darmadağın edib.

İlkin məlumata görə, əməliyyatda ən azı 300 PKK-çı öldürülüb.

ABŞ-ın bu hücumunun koordinat xətasından qaynaqlandığı təxmin olunur.

Deyrizor Suriyanın ən böyük neft sahələrindən biridir. Bu regiondakı enerji ehtiyatlarına yiyələnmək üçün zaman-zaman Suriyanın rəsmi əsgərləriylə kürd separatçıları arasında qarşıdurma yaşanır. Belə qarşıdurmalardan biri bir müddət əvvəl baş vermiş və ABŞ Hava Qüvvələri Əsədə bağlı hərbi birliklərin başına bomba yağdırmışdı. Həmin döyüşlərdə 100-dən artıq Suriya əsgərinin öldürüldüyü xəbər verilirdi.

Görünür, yenə öz müttəfiqlərinin harayına gedən ABŞ təyyarələri bu dəfə yanlışlıqla ortaqlarını sıradan çıxarıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 959          Tarix: 12-02-2018, 00:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma