“Putinin son çıxışı Xruşşovun 50-ci illərdəki nitqinin təkrarıdır. İqtisadiyyatı, maliyəsi ABŞ və NATO üzvlərindən 40 dəfə aşağı səviyyədə olan bir ölkənin başçısının dünyaya meydan oxuması onun ya psixikasının pozulduğundan ya da rus xalqının onu qəhrəman hesab edəcəyi inamından irəli gəlir”.
Ovqat.com xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev bir neçə saat öncə facebook səhifəsində paylaşdığı statusunda bildirib.
Eks-spikerin fikrncə, Putinin açıq şəkildə ABŞ-ı təhdid etdiyi silahlar fantastik qurğu filmindən başqa bir şey deyil:
“Olmayan silahlarını kompyuter qrafikası ilə xalqına yedizdirən bu şəxs qətiyyən utanıb xəcalət çəkmir. Elmi, texnika və texnologiyası bərbad vəziyyətdə olan bu ölkə heç kimin nail ola bilmədiyi uğurlarından danışır”.
Qaynaq: https://www.facebook.com/rasulguliyev/posts/1365588080219825
Bəs, Rəsul Quliyevin mövcudluğuna şübhə etdiyi yeni rus silahları nədir?
Rusiya prezidenti Vladimir Putin dünən Federal Məclisdə çıxışı zamanı həmin silahları təqdim etmişdir. Həmin çıxışında ölkəsinin son dövrdə bir sıra qabaqcıl texnologiyalı silah sistemləri inkişaf etdirdiyini bildirən Putin bu silahların ABŞ-ın bütün imkan və qabiliyyətlərini sıfıra endirdiyini idda edərək, Vaşinqtonun bundan sonra Moskvayla hesablaşmağa məcbur qalacağını vurğulamışdı:
"Rusiyanın balistik raket müqaviləsindən geri çəkilməmək üçün ABŞ-a etdiyi çağırışlarına, sərhədlərinə yaxın Avropa ölkələrinə raket əleyhinə yerləşdirilməməsi tələblərinə məhəl qoyulsaydı, Rusiyanın bu silahlara ihtiyacı olmazdı. Heç kim bizimlə problemin mahiyyəti barədə müzakirə aparmadı. Heç kim bizi dinləmədi. Bundan sonra isə bizə qulaq asacaqsınız!”
- “Kinjal” səsdəniti (hipersonik) raketlər
Silahlara gəlincə, Putinin təqdim etdiyi il silah “Kinjal” hipersonik raketi adlanır. İddiaya görə, səsdən daha sürətli hərəkət edən “Kinjal” Rusiya Hava Qüvvələrinin istifadəsi üçün nəzərdə tutulub və ölkənin cənubunda(!) yerləşən aviabazalara göndərilib.
- Nüvə başlığı daşıyan “Sarmat”
Putinin təqdim etdiyi ikinci silah “Sarmat” adlanır. “Sarmat”ın çəkisinin 200 tonu keçdiyini, raketdən müdafiə sistemlərinə görünmədiyini və hipersonik (səsdəniti) olanlar da daxil, nüvə başlıqları daşıya biləcəyi iddia olunur.
Putin çıxışında “Sarmat”ın aktiv sınaq fazasına keçdiyini bəyan edib.
- Nüvə başlıqlı sualtı dron
Putunin təqdimatındakı üçücü silah nüvə başlıqları daşımaq qalibiyyətinə malik sualtı dronlardır. Bu silahın sınaqdan uğurla çıxdığını bildirən Rusiya prezidentinin fikrincə, sualtı dronlar bütün gəmilərin sürətindən qat-qat iti hərəkət edir və qitələrarası məsafələri aşa bilir.
- Lazer silahı
Putin ölkəsinin lazer silahları inkişaf etdirmək sahəsində önəmli məsafələr qət etdiyini bildirərək, deyib: "Biz bu sahədə nəzəriyyə və ya planlaşdırma, hətta istehsala başlama mərhələsində deyilik. Lazer sistemləri ötən ildən bəri əsgərlərimizin xidmətinə verilib. Bunun detallarına varmaq istəmirəm. Çünki hələ zamanı deyil. Ancaq onu deyə bilərəm ki, mütəxəssislər Rusiyanın təhlükəsizliyini təmin etmək qabiliyyətini qat-qat artırdığını anlayacaqlar".
- Avanqardqanadlı planer strateji raket sistemi
Putinin çıxışında əsl texnoloji ixtira kimi bəhs etdiyi silahdır.
Bu silahın tamamilə yeni olduğunu və bir qanadlı planer parçası ilə işlədiyini bildirən Putin onun fərqləndirici xüsusiyyətinin atmosferdə və qitələrarası mənzildə Mach 20 üzərində səsdəniti sürətdə uçmaq qabiliyyətinin olduğunu vurğulayıb.
Putin sözügedən silah sistemlərinin həm yana və həm də şaquli manverlər etdiyini, bütün havadan və raketdən müdafiə sistemlərinə qarşı məğlubedilməz olduğunu bildirib: “Bu silahda kompozit manevrlərin tətbiqi uzunmənzilli uçuşlara imkan verir və qanadlı planer hissəsi plazma formasındadır. Bir meteor kimi, atəş topu kimi gedir və səthinin temperaturu 1600-2000 dərəcəyə çatır”.
Rusiya prezidentinin sözlərinə görə, sərhədsiz mənzilli nüvə enerjisiylə idarə olunan raket eynilə havadan atılan Kh-101 və ya Tomahawk raketləri kimidir: “İdarə olunan bir raketin içinə yerləşdirilən kiçik nüvə stansiyasına bənzəyir. Amma bizimkinin uçuş mənzili ABŞ-ın Tomahawklarından 10 qat daha sürətli və təsiri sərhədsizdir. Bu alçaqdan uçan gözəgörünməz raketin praktiki olaraq mənzili qeyri-məhduddur. Uçuş marşrutu təxmin edilə bilməz və bütün maneələri aşır”.
Putin bu xüsusiyyətlərə malik yeni silajların mövcud və gələcək raket əleyhinə və havadan müdafiə sistemlərinə qarşı məğlubedilməz olduğunu dəfələrlə vurğulayıb.
Paylaş: