Xəbər lenti

 

Sərdar Cəlaloğlu: “Azərbaycan bu məsələdə Türkiyə ilə razılaşdırılmış siyasət yürütməlidir”

Ukrayna ilə Rusiya arasında gərginləşən münasibətlər tərəflər arasında yeni müharibə ehtimalını aktuallaşdırıb.

Bəs mövcud durumda Azərbaycan tərəflərdən hansının mövqeyini müdafiə etməlidir? Ukrayna-Rusiya qarşıdurması və bu qarşıdurmada sərgilyəcəyimiz mövqe ölkəmiz üçün müsbət və ya mənfi mənada hansı nəticələr doğura bilər?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu mövcud situasiyada ölkəmizin Türkiyə ilə razılşaıdırlmış siyasət yürütməsinin daha məntiqli olacağını vurğuladı:

“Azərbaycan GÜAM-da Ukrayna ilə əməkdaşlıq edir. Bu baxımdan Rusiyadan daha çox Ukraynanın yanında yer almalıdır.

Avropaya inteqrasiya siyasəti yürüdən Ukrayna Rusiyanın təzyqilərinə məruz qalır. Ukrayna kimi Azərbaycanın da ərazisini Rusiya işğal edib. Belə bir vəziyyətdə Azərbaycan işğalçı dövləti müdafiə etməməlidir.

Azərbaycan mövcud durumunu nəzərə alıb Türkiyə ilə razılaşdırılmış siyasət yürütmək lazımdır. Ən yaxşı halda bu münaqişədə bitərəf qalmalıdır. Əgər hər hansı – mənəvi, siyasi, iqtisadi dəstək lazım olarsa, bu dəstəyi Ukraynaya verməlidir”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 622          Tarix: 26-11-2018, 22:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma